- Baxış sayı: 29
- 10 Mart 2026 20:39
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Çelsi”nin sabiq sahibi Roman Abramoviç klubun satışından əldə edilən 2,35 milyard funt sterlinqin Ukraynaya köçürülməsi ilə bağlı Britaniya hökumətinin tələblərinə qarşı rəsmi etirazını bildirib.
Allsport.az xəbər verir ki, milyarderin vəkilləri vəsaitin Ukrayna ilə yanaşı, münaqişədən zərər çəkmiş hər kəsə (o cümlədən Rusiya tərəfinə) yönəldilməsini və bağışlanmanın könüllü olmasını tələb edirlər.
Vəkillər bu məbləğin qanuni olaraq Abramoviçin “Fordstam Limited” şirkətinə məxsus olduğunu vurğulayaraq, hökumətin birtərəfli müsadirə cəhdlərini məhkəmədə mübahisələndirəcəklərini bəyan ediblər. Rəsmi London isə iş adamına martın 17-nə qədər vaxt qoyaraq, əks təqdirdə hüquqi müsadirə prosesinə başlayacağı barədə xəbərdarlıq edib.