Abramoviçin məşhur köməkçisi haradadır? – FOTO

2022-ci ilin mayında “Çelsi” satıldıqdan sonra klubun baş direktoru Marina Qranovskaya da Roman Abramoviçlə birlikdə ayrılıb. Allsport.az xəbər verir ki, “Forbes” onu 2018-ci ildə beynəlxalq idmanda ən nüfuzlu qadın adlandırmışdı.

Klubdan getdikdən sonra sosial şəbəkələrdə aktivləşən Qranovskaya bu ilin əvvəlində 50 illiyini qeyd edib. O, 2023-cü ildə iki dəfə “Stemford Bric”də oyun izləyib — Cianluka Viallinin xatirəsinə həsr olunmuş matçı və Ukraynaya dəstək üçün keçirilən xeyriyyə oyunu.

2022-ci ilin oktyabrında o, “Vest Hem” futbolçusu Kurt Zumanun agenti Saif Əlrubidən aldığı təhdidlərə görə polisə müraciət edib. Agent 2021-ci ildə baş tutan transferdən 300 min funt komissiya tələb edib. 2024-cü ildə o, ittihamdan bəraət qazansa da, Qranovskaya və “Çelsi”yə qarşı milyonluq iddia qaldırıb.

Hazırda Qranovskaya daha çox ailəsinə vaxt ayırır, amma futboldan uzaqlaşmır — oyunları izləyir, keçmiş həmkarlarını təbrik edir. Onun yaxın vaxtlarda futbol menecmentinə qayıdacağı gözlənilmir.

Həmin kateqoriyadan