- Baxış sayı: 88
- 11 Dekabr 2025 18:01
- Baxış sayı: 147
- Dekabr 14, 2025
- 0

2024-cü il olimpiadasında ABŞ millisinin bayraqdarı bəlli olub. Allsport.az saytı xəbər verir ki, Parisdə ölkə bayrağını Lebron Ceyms daşıyacaq.
39 yaşlı basketbolçu oyunların açılışında ABŞ bayrağını daşıyan ilk kişi basketbolçu olacaq. Əvvəllər bu şərəfə 2 dəfə basketbolçular Don Steyli (2004) və Sü Berd (2020) layiq görülüb.
ABŞ komandasının üzvü kimi Lebron “dördillik”də 2 qızıl (2008, 2012) və 1 bürünc medal (2004) qazanıb.