- Baxış sayı: 45
- 26 Mart 2026 10:15
- Baxış sayı: 222
- Mart 25, 2026
- 0

ABŞ xokkey federasiyası milli komandanın dünya çempionatındakı yeni baş məşqçisini açıqlayıb.
Allsport.az xəbər verir ki, “Baffalo Seybrz”in sabiq çalışdırıcısı Don Qranato yığmanı DÇ-2026-ya hazırlayacaq.
Mayın 15-dən 31-nə qədər İsveçrənin Sürix və Friburq şəhərlərində keçiriləcək turnirdə amerikalılar “A” qrupunda İsveçrə, Finlandiya, Avstriya, Latviya, Almaniya, Böyük Britaniya və Macarıstanla mübarizə aparacaqlar.
ABŞ yığması ötən il (DÇ-2025) Rayan Varsofskinin rəhbərliyi altında 1960-cı ildən bəri ilk dəfə qızıl medal qazanaraq çempion olub.