- Baxış sayı: 42
- 14 Aprel 2025 15:36
- Baxış sayı: 61
- Aprel 14, 2025
- 0
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, yüksək liqada XIX turun bir oyunu Gəncədə, iki oyunu isə Bakıda baş tutub.
İlk olaraq Gəncə idman sarayında UNEC və “Gəncə” komandaları üz-üzə gəliblər. Qarşılaşma “Gəncə” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in voleybol mərkəzində təşkil olunub. Burada “Azərreyl” – “Abşeron”la, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəliblər. “Abşeron” klubu “Azərreyl”i 3:0, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabları ilə məğlub ediblər.
Yüksək liqa
9 aprel
XIX TUR
UNEC – “Gəncə” 0:3 (17:25, 14:25, 19:25)
“Azərreyl” – “Abşeron” 0:3 (21:25, 15:25, 16:25)
“Murov Az Terminal” – “Milli Aviasiya Akademiyası” 3:2 (25:21, 16:25, 27:25, 18:25, 15:12)