- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

ABU Arena” idman kompleksi yaxın günlərdə “AHF Arena” kimi fəaliyyətə başlayacaq. Allsport.az saytı xəbər verir ki, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb. Qısa müddət ərzində xeyli iş görülüb – məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb.
2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq həndbolçuların ixtiyarına verilib. Ölkədə həndbolun inkişafına təkan olacaq idman kompleksinin yenidən istifadəyə verilməsini AHF-in həndbolçulara gözəl töhvəsi kimi dəyərləndirmək olar.
“AHF arena” da həm yerli, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.