- Baxış sayı: 46
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçulardan ibarət ABU klubu Gürcüstana təlim-məşq toplanışına yollanıb. Allsport.az saytı xəbər verir ki, hazırlıq çərçivəsində yerli komandalarla ikitərəfli görüşlər də nəzərdə tutulub.
Qonşu ölkəyə səfər çox çəksəyəcək. Çünki ABU-nu noyabrın 12-13-də Bakıda Çağırış kubokunun oyunları gözləyir. Rəfiqə Şabanovanın komandası Belçika «Femina Vize»si ilə qarşılaşacaq.
Ayın 19-da ölkə çempionu Ukraynaya ezam olunacaq. İslam oyunları-2017-yə hazırlıq çərçivəsində millinin əsasını təşkil edən ABU slavyan diyarında beynəlxalq yarışda qüvvəsini sınayacaq. Bu turnirdə 2 yerli və 1 Belarus komandası da mübarizə aparacaq.