ABU Çağırış kubokunun ilk oyununda 10 top üstünlüyü ilə qalib gəlib

Bu gün qadın həndbolçulardan ibarət ABU klubu Çağırış kubokunun 3-cü raundunda paytaxtda Belçika “Femina Vize”si ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, hər 2 hissədə üstün oyun nümayiş etdirən ölkə çempionu rəqibini 10 top fərqi ilə üstələyib – 26:16 (14:10). Bizdən ən məhsuldar oyunçu Marta Abbasova olub. O, 6 dəfə fərqlənib.

Görüşü makedoniyalı hakimlər İsmayıl Metalari və Nenad Nikolovski idarə ediblər. Matçın israilli EHF nümayəndəsi İsaak Hart şəxsi problemi ilə əlaqədar paytaxtımıza gələ bilmədiyindən, Avropa Həndbol Federasiyası bu işi həmyerlimiz İsgəndər Əsgərova həvalə edib.

Bu komandalar arasında cavab görüşü sabah keçiriləcək. Görüş 17:00-da “ABU arena”da başlayacaq.

 

Həmin kateqoriyadan