- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0
Bu gün qadın həndbolçulardan ibarət ABU klubu Çağırış kubokunun 1/8 finalında Serbiyada yerli «Knyaz Miloş»la cavab matçına çıxıb. Allsport.az xəbər verir ki, dünən keçirilmiş ilk oyunda Bakı təmsilçisini 9 top üstünlüyü ilə qalib gələn ev sahibiləri (37:28), revanşa rahat çıxmışdı.
Konstantin Ruvinskinin komandası çox çalışsa da, böyük fərqi aradan qaldıra bilməyib; minimal hesabla qalib gəlib. 28:27 (12:13). Bizdən ən məhsuldar həndbolçu Olqa Pogonina olub. O, 8 dəfə fərqlənib. Bu görüşü Denis Boliç və Kristof Huriç idarə ediblər (hər ikisi – Avstriya). EHF nümayəndəsi bosniyalı Ariyana Voyiç olub.