- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rusiya Federasiyası Adıgey Respublikasının paytaxtı Maykopda qadın həndbolçular arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 4 komanda – «Maykop», «Rostov», «Stavropol» və ABU iştirak edib. Gərgin mübarizədə Azərbaycan çempionu 2 matçda uduzsa da, rostovluları 38:29 məğlub edib. Top hesabında bizdə qənaətbəxş olduğundan, Rəfiqə Şabanovanın komandası 2-ci yer tutub.