AÇ-də inamla irəliləyirlər

İsveçin Malmö şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa cempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün şəxsi və qoşa növlərində mübarizə gedib. Secmə komandamızın üzvləri hər iki növdə inamla çıxış etməkdədirlər.

Şəxsi yarışlarda Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğrultmaqdadır.

İdmançılarımız 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Stolüstü tennisçilərimiz bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.

40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Həmin kateqoriyadan