- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
ACF-in prezidenti Rəşad Nəbiyev, aprelin 8-də Sabirabada səfərində bu və İmişli rayonlarını təmsil edən məşqçilər və cüdoçular ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı Sabirabadda 60-a, İmişlidə 120-ə yaxın gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu bildirilib. Hər 2 rayondan ən son keçirilən 15 yaşa qədər yeniyetmələr arasında region birinciliklərində yer tutaraq Azərbaycan birinciliyinə vəsiqə qazanan idmançılar var.
Həmçinin, İmişli rayonun yetirməsi Səid Orucov 21 yaşa qədər gənclər arasında fevral ayının sonunda keçirilən Azərbaycan birinciliyində +100 kq. çəki dərəcəsində bürünc medal qazanıb. Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-in əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Hər 2 rayonda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayan Rəşad Nəbiyev maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.