- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sərbəst və yunan-Roma güləşçilərimiz Bakıda, qadınlar isə Kiyevdə təlim-məşq toplanışı keçir.
Sabah sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11:00-da başlayacaq hazırlığı işıqlandırmaq üçün bütün KİV olimpiya güləş mərkəzinə dəvətlidir.
Qeyd edək ki, sabah Avropa çempionatında iştirak edəcək yığmalarımızın heyəti də açıqlanacaq və brifinqdə KİV nümayəndələri suallarına cavab tapa biləcək.