Acıq qitə turnirində ölkəmizi kimlər təmsil edəcək?

12-13 fevralda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turnirində keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa 26 ölkədən 331 (197 kişi, 134 qadın) idmançı qatılacaq.

Ölkəmizi məşqçilər Mehman Əzizov və Elxan Rəcəblinin başçılığı ilə kişilərdə Samir Piriyev, Turan Bayramov (60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli və Sabir İsayev (100 kq) təmsil edəcəklər.

Məşqçi Vüqar Hüseynov qadın yığmasında Ramilə Əliyeva, Könül Əliyeva (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq) və Günel Həsənliyə (70 kq) fürsət verəcək.

Həmin kateqoriyadan