Adı rüşvətdə hallanan Xaqani Məmmədov AzAL-a nədən dərs keçib?

Bu gün AzAL-ın futbolçuları ilə hakimlər arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və FİFA referisi Orxan Məmmədov komandanın üzvlərinə oyun qaydalarından dərs keçiblər.

Təxminən 2 saat ərzində Xaqani Məmmədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti oyun qaydalarında edilən yeniliklərdən söhbət açıb və əyani vasitələrlə, foto-video görüntülərlə şərh veriblər. Az

AL-ın üzvləri görüşdə fəallıq göstərib və konkret epizodlar üzrə suallar veriblər.

Sonda onu da qeyd edək ki, baş məşqçi Tərlan Əhmədov və Xaqani Məmmədov belə görüşlərin hər ay planlaşdırılıb keçirilməsi üçün razılıga gəlib.

Həmin kateqoriyadan