- Baxış sayı: 3
- 26 Noyabr 2024 14:44
- Baxış sayı: 154
- Noyabr 25, 2024
- 0
“Zirə”nin baş məşqçisi Adil Şükürov Türkiyədəki təlim-məşq toplanışında yerli “Göztəpə” klubuna qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunu söyləyib:
“Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Matçın əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi.
Yay hazırlığlını səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdur. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.