- Baxış sayı: 136
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandamız bu gün əzmkar mübarizə apardı. Biz tarixi olan komandaya qarşı oynadıq. Buna baxmayaraq, qol epizodları yaratdıq və sonda qol vura bildik. Buna görə çox sevinirik. Rəqibə isə gələcək oyunlarda uğurlar arzu edirəm”.