- Baxış sayı: 26
- 25 Noyabr 2024 12:11
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“İnter” – “Qəbələ” matçında “İnter”in 6, “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 56-cı dəqiqəsində “İnter”in futbolçusu Oleq Kurbatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Kəpəz” – AzAL matçının 50-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Şöhrət Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Rəvan” – “Neftçi” matçında “Rəvan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Sumqayıt” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Zirə”nin futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.