- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasındakı çempionatın 25-ci, birinci divizionun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 25-ci turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 25-ci turunun “Neftçi” – “İnter” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
I Divizionun 18-ci turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Ağsu” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Neftçala” matçının 69-cu dəqiqəsində “Neftçala”nın futbolçusu Musa Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Habil Nurəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.