- Baxış sayı: 179
- 29 Oktyabr 2025 14:08
- Baxış sayı: 96
- Dekabr 05, 2025
- 0

AFFA-nın icraiyyə komitəsinin iclasının vaxtı və gündəliyi bəlli olub.
Allsport.az xəbər verir ki, tədbir mayın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlayacaq iclasın gündəliyində 4 məsələ yer alıb.
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
– İnkişaf hədəflərinin müəyyən olunması
– Strategiyanın yazılması
2. Azərbaycan premyer liqasında komanda sayının artırılmasının müzakirəsi
3. Azərbaycan premyer liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.