AFFA-da yeni əməkdaşlıq

AFFA və “Carlsberg Azerbaijan” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulisin qatıldığı tədbirdə şirkət rəsmiləri, futbolçular və media nümayəndələri də iştirak ediblər.

Müqaviləyə əsasən, “Xırdalan 0.0” alkoqolsuz pivəsi əsas milli komandanın sponsoru olub. Şirkət millinin oyunlarında sponsor qismində çıxış edəcək, eyni zamanda, Azərbaycan futbolunun inkişafına töhfə verəcək müxtəlif sosial kampaniyaların tərəfdaşı olacaq.

AFFA ilə “Carlsberg Azerbaijan” şirkəti arasında sponsorluq müqaviləsi 4 il müddətinə imzalanıb, lakin tərəflərin məqsədi daha uzunmüddətli əməkdaşlıqdır.

Həmin kateqoriyadan