AFFA-dan Premyer Liqa klublarına sərt cəza və cərimələr

AFFA İntizam Komitsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“İnter” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “İnter”in futbolçusu Dieqo Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Kəpəz”in məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

“Sumqayıt” – AzAL matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.

Həmin kateqoriyadan