AFFA: Media komitəsinin fəaliyyət müddəti uzadılsın

Bu gün “Bulvar” mehmanxanasında AFFA-nın icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunsun
2. Vüqar Məmməd U-15 və U-16 Azərbaycan yığmalarının baş məşqçisi təyin olunsun
3. Mirbağır İsayev U-17 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun
4. Təbriz Həsənov U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun
5. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Machadoya (Biro Jade) həvalə olunsun
6. İslam həmrəyliyi oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunsun

7. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
– Səməd Qurbanov
– Asəf Namazov
– Rafiq Mirzəyev
– Abdulla Məmmədov
– Məzahir Süleymanzadə
– Rafiq Quliyev
– Rafiq Yusubov

8. Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənsin:
– Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli
– Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev
– Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov
– Təyinat Komissiyası: Kərim Ağayev
– Məsul katib: Nizami Şərifov

9. Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunsun. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin olunsun
10. AFFA-nın yanında media komitəsinin fəaliyyət müddəti uzadılsın
11. İclasda “İnter”-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib

Həmin kateqoriyadan