- Baxış sayı: 458
- 30 Yanvar 2026 23:19
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

AFFA-nın apelyasiya arbitraj tribunalının iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb. Tribunal paytaxt təmsilçisinin müraciətini təmin etməyib.
Əvəzedicilər liqasının XXIX turunun “Sumqayıt-2” ilə oyununun 90+5-ci dəqiqəsində rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə birbaşa qırmızı vərəqə alan Ağadadaş Salyanskinin cəzası dəyişməz qalıb. Onun 4 oyun cəzalanması, komandanın 300 manat cərimə edilməsi qüvvədə saxlanılıb.
“Neftçi” apelyasiya arbitraj tribunalının qərarından Lozannadakı idman üzrə arbitraj məhkəməsinə (CAS) şikayət verilmək hüququna malikdir.