AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib
22 dekabr 2014 / 20:53 Baxış sayı: 665 Bu gün “Four Seasons” mehmanxanasında AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantının gündəliyinə daxil edilmiş məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, növbəti yığıncaqda müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.
Topaz Premyer Liqasının 18-ci turunun “Simurq” – “Bakı” oyununun hava şəraiti ilə bağlı bu günə keçirilməsi ilə əlaqədar hər iki klubun nümayəndəsi, həmçinin “Qarabağ” klubunun təmsilçisi üzürlü səbəbdən iclasda iştirak etməyib.