AFFA-nın rəsmi saytında səhv məlumat KİV-i çaşdırıb

Bu günlərdə futzalçıların ölkə çempionatının Yüksək liqasında növbəti turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, 22 dekabrda 6-cı turdan təxirə salınmış matçda «Fənər» debütant «Xəzər adaları»na 5:6 hesabı ilə məğlub olub. Ertəsi gün, 2-ci dövrənin son turunda «Neftçi» ölkə çempionu «Araz»la qarşılaşıb. Görüş Naxçıvan təmsilçisinin 4:3 xeyrinə bitib.

Maraqlıdır ki, AFFA-nın rəsmi saytı bu haqda xəbər yazmayıb. Son oyun kimi 9-cu turu göstərib. Belədə, ayın 22-də yerləşdirilən xəbərdə biz də yanlış olaraq turun mərkəzi görüşü «Xəzər adaları» – «Neftçi» matçında hesabın 4:1 «ağ-qaralar»ın xeyrinə başa çatdığını qeyd etmişdik. Sonradan araşdırdıq ki, affa.az-da futzal təqvimində bu səhvdir. Debütantın yarışda cəmi bir yenilgisi var. O da «Fənər»ə məğlubiyyətdir (3:4). Bunu azfutzal.com və futsal.az saytları, hətta affa.az-ın futzal çempionatı üzrə (Yüksək liqa) cədvəli də təsdiq edir.

Yanlış məlumat verdiyimiz üçün, oxucularımızdan üzr istəyirik. Qeyd edək ki, sabah bu dövrənin son oyunudur. 10-cu turda «Xəzər adaları» klubu «Qarabağ veteranları» ilə görüşəcək.

9212923be43320866289255ce89e04d2 a3349fa67b66e750a1473b095f0339c4

Həmin kateqoriyadan