AFFA “Qəbələ”, “Kəpəz” və “Sumqayıt”ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 30-cu turun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qəbələ” – “Rəvan” matçında “qara-qırmızılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Kəpəz” – “İnter” görüşündə ev sahibinin futbolçusu Zahid Sadıxov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

AzAL – “Sumqayıt” matçında qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Həmin kateqoriyadan