- Baxış sayı: 39
- 23 Mart 2026 19:21
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

AFFA-nın vitse-prezidenti və icraiyyə komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA çempionlar liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
“A” qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.