AFFA və PFL KİV-ə müraciət etdi

AFFA və PFL birgə açıqlama yayıb. Allsport.az sizi həmin açıqlama ilə tanış edir:

“Bildiyiniz kimi, Topaz Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. Xatırladaq ki, “CBC Sport” 700 min manat ödəyərək Premyer Liqanın eksklüziv yayım hüququna yiyələnib.

AFFA, PFL və klublar saytlara eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar.

AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahişimiz odur ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən video icmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər. Anlayışınız üçün təşəkkür edirik”.

Həmin kateqoriyadan