AFFA yenilənir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun təbliğatının daha yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bugündən etibarən affa.az, affavideo.az və affatv.az saytlarını yeni dizayn və strukturda istifadəçilərin ixtiyarına verəcək. Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA-nın indiyə qədər fəaliyyətdə olan saytı 2005-ci ildə istifadəyə verilmişdi və ötən müddət ərzində bu sahədə baş verən yeniliklər nəzərə alınmaqla yeni veb səhifənin yaradılmasına ehtiyac duyulurdu. Assosiasiyanın yeni saytı Fan Store, Online bilet satışı, Sponsorluq və satış, Virtual tur, Fan zona, İctimaiyyət (Könüllülər, Hakimlər, Məşqçilər) bölmələri AFFA ilə saytın istifadəçiləri arasında ünsiyyətin daha rahat və çoxşaxəli olmasına imkan verəcək. Yeni dizayna uyğun olaraq, Siz AFFA-nın tədbrilərindən hazırlanmış videomateriallara, həmçinin canlı yayımlara affa.az saytına daxil olaraq birbaşa baxmaq imkanı əldə edəcəksiniz.

Yeni saytın istifadəyə verilməsi ilə əlaqədar olaraq, AFFA-nın FanStore-unda yalnız online alınan bütün mallara endirim kampaniyası da həyata keçiriləcək. Kampaniya 07 – 14 yanvar 2015 tarixlərində qüvvədə olacaqdır. Qeyd edək ki, bu tarixlərdə online alınmış bütün növ əmtəə məhsullarına 30% endirim tətbiq olunacaq və online mağazada endirimli qiymətlər göstəriləcəkdir.

Həmin kateqoriyadan