- Baxış sayı: 36
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb. “Qəbələ” – AzAL matçında AzAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Zirə” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “Zirə”nin futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Zirə”nin futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 14-cü dəqiqəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 36-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.