Ağ Evdəki turnirdə azarkeşlər olacaq?

UFC prezidenti Dana Uayt idman dünyasında böyük səs-küyə səbəb olacaq tarixi qərarı açıqlayıb.

Allsport.az xəbər verir ki, 14 iyunda planlaşdırılan növbəti turnir Vaşinqtonda, birbaşa Ağ Evin ərazisində keçiriləcək.

Liqa artıq bütün loqistik planlamanı tamamlayıb. Turnirin biletləri açıq satışa çıxarılmasa da, tədbirdə izləyicilərin iştirakı nəzərdə tutulub. Dana Uayt maraqlı detalları bölüşüb:

“Bütün loqistik məsələləri – rinqin yerləşməsindən tutmuş izləyici sayına qədər hər şeyi müzakirə edib bitirdik. Görünən odur ki, Ağ Evin cənub çəmənliyində təxminən 5 min nəfər iştirak edə biləcək. Yolun digər tərəfindəki Ellips parkında isə 85 minə qədər tamaşaçı yerləşdirə bilərik. Orada böyük ekranlar quraşdırılacaq, gün boyu səhnə fəaliyyəti və musiqi olacaq”.

Həmin kateqoriyadan