“Ağ-yaşıllar” debütantla oyuna hazırlaşır

“Neftçi” ilə səfər oyunundan sonra sərbəst buraxılan “Xəzər Lənkəran” yenidən bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, istirahətini yekunlaşdıran “ağ-yaşıllar” srağagün Lənkəranda toplanıb.

Komanda saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə başlayıb. Zədəsini demək olar ki, tamamilə sağaldan Sadio Tounkara, eləcə də yeni transferlər Seydi Limamm və qapıçı Pavel Kapsa da bir saatdan çox sürən hazırlıqda iştirak ediblər.

Cənub təmsilçisi 6-cı tur çərçivəsində sentyabrın 27-də doğma divarlar arasında “Zirə”ni qəbul edəcək. “Xəzər Lənkəran” bu matçda debütantı üstələyib, yarış cədvəlində bir qədər yüksəlməyi hədəfləyib.

Həmin kateqoriyadan