- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”la Topaz Premyer Liqasının 12-ci turunun oyununda qarşılaşan Bakının “İnter” klubu 4 seriyaya son qoyub. Allsport.az xəbər verir ki, ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi 6-cı turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub etmişdi.
62 gündən sonra qalib gələn Kaxaber Sxadadzenin yetirmələri son 4 qarşılaşmanı qolsuz bitirmişdi. 7-ci turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı oldu. Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilmədi.
Beləliklə 535 “quru” dəqiqə keçirən qolkiper mövsümün rekorduna imza atdı. Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.