Agenti Balotellinin mümkün transferindən danışdı

İtaliyalı hücumçu Mario Balotellinin agenti Enzo Rayola forvardın “Cenoa”ya mümkün transferindən danışıb.

Allsport.az xəbər verir ki, Rayola açıqlamasında Balotelli yeni klubuna keçməyə yaxın olduğunu deyib:

“Mən xoşbəxtəm ki, “Genoa”nın prezidentini çoxdan tanıyıram. Onun böyük Mario fanatı olduğunu da bilirəm. O, Balotellinin transferindən məmnun olardı. Hazırda texniki işlərin həllini gözləyirik. Biz Marionun kluba nə verə biləcəyini bilirik və o, hazırdır. O, gözləyə bilmir, ona görə də ümid edirik ki, bu keçidi tez bitirə bilərik.”

Balotelli “Adana Dəmirspor”dan ayrıldıqdan sonra azad agent statusundadır.

Həmin kateqoriyadan