AGF qitə çempionatında medal qazanmış gənc güləşçiləri mükafatlandırıb

Bu gün AGF-də ötən həftə İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin qitə birinciliyində medal qazanananlarla görüş olub. Allsport.az saytı xəbər verir ki, milli üzvlərinə pul mükafatlarını təqdim edən AGF prezidenti əvəzi Namiq Əliyev bunu söyləyib:

“Bir müddət federasiyada problemlər yaşansa da, yenidən toparlandıq və ayağa qalxdıq. Əlimizdən gələni edirik. Sözsüz ki, prezident İlham Əliyevin dəstəyinin böyük rolu var. Bunun da nəticəsində iş gedir. Federasiya yumruq kimi birlik nümayiş etdirməlidir. Güləşçilər də onlara yaradılan şərait müqabilində bacarıqlarını göstərməli, üzərlərində maksimum dərəcədə işləməlidirlər. İnsan çalışmaqla hər şeyə nail ola bilər. Yığmada heç kimin yeri təmin olunmayıb.

Heç kim zəmanət verə bilməz ki, burada əyləşən gənclərdən kimsə gələn il Tokio olimpiadasında iştirak etməyəcək. Toğrul Əsgərov olimpiya oyunlarına yollananda cəmi 19 yaşı vardı. Səhvlərinizi təhlil edib, onları aradan qaldırmalısınız. Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına 1,5 ay qalıb. Mundiala daha yaxşı hazırlaşmaq lazımdır. Ümid edirəm ki, Avropa çempionatında gümüş və bürünc medal qazananlar dünya çempionatında daha yaxşı nəticələrə imza atacaq. Hamınıza uğurlar arzulayıram”.

Xatırladaq ki, gənclərin Avropa çempionatında sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) ilə Əbubəkr Abakarov (79 kq) qızıl, Əshab Həmzətov (92 kq) gümüş və İslam Abuyev (125 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Əsgər Əlizadə (60 kq) gümüş, Zaur Əliyev (55 kq) isə bürünc medal qazanııb.

Həmin kateqoriyadan