- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Güləş federasiyasının hakimlər siyahısında səhv var. Allsport.az saytı xəbər verir ki, ötən ay I-S dərəcəsinə yüksələn Asif Şirəliyev hələ də 1-ci kimi göstərilib. AGF-in rəsmi Feisbuk səhifəsində dünən onun barədə məlumat yerləşdirilib:
«Dünya Güləş Birliyi (UWW) I-S kateqoriyalı hakimimiz Asif Şirəliyevi Rusiyanın Krasnoyarsk şəhərində (2-4 noyabr) 3 qat olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilən beynəlxalq turnirin baş hakimi təyin edib. Həmyerlimizi təbrik edir və ona uğurlar arzulayırıq!»
Maraqlıdır ki, awf-az.org-da referinin olimpiya dərəcəsinə yüksəlməsi barədə bilgi yoxdur. Yeni siyahını beynəlxalq təşkilatın saytından dəqiqləşdirdik. Bəli, artıq ölkəmizdə I-S kateqoriyalı hakimlərin sayı 3-ə yüksəlib. Daha öncələr Hicran Şərifov, bu il İntiqam Alıyev ən yüksək dərəcəyə yiyələniblər. Qeyd edək ki, Asif Şirəliyevinin kateqoriyasının AFG-in saytında aşağı göstərilməsi ilk belə hadisə deyil. O zaman da allsport.az bu yanlışığı istimaiyyətə çatdırmışdı.