- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 69
- Noyabr 21, 2024
- 0
Azərbaycan həndbol federasiyasının inzibati idarəsində vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AHF şura üzvləri, komandaların baş məşqçiləri və gənclər və idman nazirliyinin nümayəndəsi iştirak ediblər.
Yığıncağın əvvəlində 2-ci Vətən müharibəsi şəhidlərinin xatirəsi 1-dəqiqəlik sükutla yad edilib və qazilərə Allahdan şəfa dilənilib. İclası giriş sözü ilə açan Orxan Abbasov, gündəliyikdə olan məsələləri elan edib.
Sonra şura üzvlərinin fikir və təklifləri dinlənilib. Bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub.
Yekunda kişi həndbol komandaların bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.