- Baxış sayı: 60
- 04 Mart 2026 22:05
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Bakıda keçirilən airbadminton üzrə Avropa çempionatında komanda yarışında qitənin ən güclü 2-ci komandası adını qazanan Azərbaycan yığması dünya çempionatında iştirak hüququ qazanıb.
Allsport.az xəbər verir ki, cari ilin 11-14 dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək dünya çempionatında Avropadan Azərbaycandan başqa son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncüsü olan Bolqarıstan da iştirak edəcək.