- Baxış sayı: 35
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 52
- Dekabr 05, 2025
- 0

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev ölkə çempionatlarında 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “al qurdlar”ın kapitanı 7-ci turda “Turan Tovuz”la səfər görüşdə (2:1) start heyətində meydana çıxıb.
O, 100 matçı 5 fərqli klubda keçirib. “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə fürsət qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.
Vadim Abdullayevin debütü 2012-ci il mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.