Albaniyada oynayacaq basketbolçularımız

Avropa çempionatının “C” divizionunda mübarizə aparacaq 16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

Allsport.az xəbər verir ki, yığmamız Albaniyadakı yarışda 11 idmançı ilə mübarizə aparacaq.

Baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənov qitə çempionatında İsmayıl Abdullayev, Emil Əliyev, Mübariz Mirzəyev, Teymur Əliyev, Cəlal Hacızadə, Azər İbrahimov, Mohammad Bazzi, Oğuzxan Quliyev, Hüseyn Qaflanov, Hacısəməd Oğuz və Hüseyn Məmmədova güvənəcək. Yığmamız qrup mərhələsində Albaniya, Malta və Moldova ilə görüşəcək.

Həmin kateqoriyadan