- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Gürcüstanın “Dinamo” (Tiflis) klubunun hücumçusu Aleksandr İaşvili vaxtilə Bakı “İnter”ində oynadığı günləri xatırlayıb, Azərbaycan futbolu barədə fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Öncə Almaniya “Bohum”una keçdim. Orada bir dənə də qol vura bilmədim və bu üzdən karyeramı başa vurmaq istəyirdim. Amma həmin vaxt Kaxa Kaladze Gürcüstanda vida matçı keçirirdi. Həmin oyunda mən də iştirak etdim. Elə oradaca indi yığma komandamızı çalışdıran Kaxaber Sxadadze məndən “İnter”ə kömək etməyimi xahiş etdi. Ona görə də Bakıya gedişimin təsadüfi alındığını demək olar. Çoxuna elə gəlir ki, Azərbaycan çempionatı asan pul qazanmaq üçün bir məkandır. Orada çoxlu pullar xərclənir. Ona görə də argentinalı və braziliyalılar çoxdur. Hətta İspaniya çempionatında oynamış legionerlər də gəlir. Özünüz də “Qarabağ”la “Qəbələ”nin Avropa Liqasında necə çıxış etdiyini görürsünüz. İndi pulsuz nəyəsə nail olmaq çox çətindir”.