- Baxış sayı: 458
- 30 Yanvar 2026 23:19
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

İyunun 3-də milli idman sistemlərinin inkişafı layihəsi çərçivəsində Böyük Britaniyadan ölkəmizə səfər edən ekspert Aleksandr Nikonrovla görüş olub.
Allsport.az xəbər verir ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, AKAF-ın rəhbəri Vüqar Əhmədov, baş katibi Fərhad Əliyev, MOK-un Beynəlxalq Proqramlar idarəsinin müdiri Mehman Kərimov və şöbənin əməkdaşı Ceyhun Rəhmanov iştirak ediblər.
Çingiz Hüseynzadə son iki ildə MOK və AKAF arasında görülən işləri və MOK-un hər zaman bu kimi proqramlarda AKAF-a dəstək olacağını bildirdi.
Vüqar Əhmədov da öz növbəsində bu proqramın AKAF-in gələcək strategiyasının planlamasında və məşqçilərin inkişafında çox böyük rolu olduğunu vurğuladı.
Ekspert Azərbaycana səfəri müddətində Bakı, Mingeçevir və Fizuli şəhərlərində məşqçilərlə görüşləri və federasiyanın fəaliyyətini yüksək qiymətləndirməsi haqda fikirlər səsləndirdi.