Aleksey Qay “Qəbələ”yə keçidindən danışdı

“Qəbələ”nin yeni transferi Aleksey Qay Azərbaycan klubuna transfer olunmasından danışıb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Qəbələ”yə transfer mənim üçün ilk növbədə futbol oynamaq baxımından yeni bir imkandır. İddialı komandadır, inkişaf etmək, daha böyük uğurlar qazanmaq istəyir. Əlbəttə, bu, həm də yeni həyat təcrübəsidir. Çünki mən heç vaxt ölkədən kənarda oynamamışdım. İndi isə yeni mədəniyyətlə, mentalitetlə tanış olmaq şansım var. Son zamanlar “Çernomorets”də müəyyən xoşagəlməz məqamlarla üzləşsəm də, Odessadakı karyeramı həmişə xoş xatirələrlə anacağam. İndi Roman Qriqorçukla yeni səhifə açmış oluram. “Qəbələ” ilə nəticə qazanmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Çernomorets”dəkindən daha artığına nail olmaq istəyirik”.

Həmin kateqoriyadan