Alveş aclıq aksiyasına başlayıb

“Barselona”nın əfsanəvi adlarından biri olan Dani Alveş böyük qalmaqala imza atıb.

Allsport.az xəbər verir ki, “Barselona” və Braziliya futbolunun əfsanəvi adlarından biri olan Dani 20 Yanvarda böyük sarsıntı keçirib. 2022-ci il dekabrın 30-na keçən gecə Barselona şəhərindəki diskotekada 23 yaşlı qadına cinsi təcavüz etdiyi iddiası ilə saxlanılan braziliyalı futbolçu haqqında həbs qərarı çıxarılıb. Həbsxanaya göndərilən Alvesin aclıq aksiyasına başladığı öyrənilib.

Karyerasında “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ və “San Paulo” kimi komandalarda çıxış edən Alveş, cinsi təcavüz ittihamı ilə Barselonada həbs olunduqdan sonra oyandığı Meksikanın UNAM Pumas komandası müqavilələrinə xitam verib

2017-ci ildə ailə qurduğu Coana Sanz boşanmaq istəyir və bu istəyini vəkilinə çatdırıb. 39 yaşlı futbolçunu ziyarətə gədən Coana Alveşi görmək istəyib. Lakin ulduz bu görüşdən imtina edib. Bu hadisədən sonra Sanz boşanmaq qərarına gəlib.

Həmin kateqoriyadan