- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Azərsu” klubu növbəti çempionluq yolunda mühüm addım atıb. Sergey Petroviçin komandası qızıl medallara iddialılardan sayılan “Qarabağ”ı son 15 saniyədə vurduğu qolla yendi (25:24). Görüşlə bağlı “suçəkənlər”in mərkəz oyunçusu Alyona Barbakadzenin allsport.az saytına qələbə şərhi belə olub:
“Oyun çox gərgin keçdi. Demək olar, bütün matçı biz aparırdıq. Amma son dəqiqədə qapımıza 7-metrlik zərbə təyin olundu. Az qala qələbəni əldən verirdik. Hərçənd axıracan oynadıq, İrina Mixalkoviçin həlledici qolu görüşdə son nöqtəni qoydu”.