- Baxış sayı: 26
- 26 Mart 2026 22:00
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Milli antidopinq agentliyi cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, orqanizmində diuretiklər və gizlədici maddələr tapılan karateçi Fidan Dadaşovaya 1, taekvondoçular Nigar İbrahimovaya 2, Ofeliya Allahverdiyevaya isə 4 illik disflikasiya ediliblər.
Boksçu Kamran Muradov ekzogen əsilli anabolik androgen steroidlər/metasteron metaboliti maddəsinə görə 4 il müddətinə cəzalanıb. Ağırlıqqaldırma üzrə həkim Xalid Qüdrətovun da cəzası 4 ildir. O, yarışdan kənar müddətdə idmançıya anabolik androgen steroidlar/prasterone tətbiq etməkdə günahlandırılır.