- Baxış sayı: 57
- 09 Dekabr 2024 17:10
- Baxış sayı: 46
- Dekabr 11, 2024
- 0
Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün dövlət proqramı” çərçivəsində Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Allsport.az xəbər verir ki, dəyirmi masada gənclər və idman nazirliyi, daxili işlər nazirliyinin nəzdində İnterpolun milli mərkəzi bürosu, ədliyyə nazirliyi, səhiyyə nazirliyi, dövlət təhlükəsizlik xidməti, dövlət sərhəd xidməti, dövlət gömrük komitəsi və qida təhlükəsizliyi agentliyinin rəsmi nümayəndələri iştirak ediblər.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə maraqlı təqdimatla çıxış edərək, agentliyin dövlət proqramından irəli gələn vəzifələri, əldə olunan nailiyyətlər, idman ictimaiyyətinin təmiz idman prinsiplərinə sadiqlik nümayiş etdirməsi üçün maarifləndirmə işinin aparılmasının əhəmiyyəti, sağlam cəmiyyət və gələcək naminə narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirilməsinin vacibliyi barədə məlumat verib. AMADA rəsmisi rəhbərlik etdiyi qurumun beynəlxalq antidopinq müstəvisindəki mühüm rolu, Azərbaycanın idman imicinin qorunması istiqamətində görülən işlər, müstəqil antidopinq siyasətinin formalaşmasında atılan addımlardan danışıb və əsas məqsədin təkcə dövlət qurumlarının birgə fəaliyyəti deyil, həm də cəmiyyətin bu məsələyə daha həssas yanaşmasınının önəmini diqqətə çatdırıb.
Sonra AMADA tərəfindən keçirilmiş psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğunun nəticələri təqdim olunub və müzakirələr aparılıb.
Dəyirmi masada əsas müzakirə mövzuları arasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin bu təhlükələrdən qorunması üçün maarifləndirmə işlərinin artırılması, eləcə də idmançıların sağlamlığını təmin etmək məqsədilə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, analizi və mümkün mənfi təsirlərinin araşdırılması məsələləri də yer alıb.
Sonda AMADA-nın dəyirmi masada təmsil olunan dövlət qurumları ilə əməkdaşlığının daha da gücləndirilməsi və birgə fəaliyyətin önəmi vurğulanıb.