- Baxış sayı: 47
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AMADA antidopinq sahəsində biliklərin artırılması, dopinqlə mübarizə və təmiz idman dəyərlərinin təbliği istiqamətində daha geniş və effektiv maarifləndirmə aparılması üçün, 2020-ci ildən idman federasiyalarından seçilmiş məsul şəxslər şəbəkəsi yaratmışdır. Allsport.az xəbər verir ki, AMADA-nın təhsil şöbəsi hər il məsul şəxslər üçün “Antidopinq maarifləndirmə proqramı” üzrə silsilə təlimlər təşkil edir.
Bu təlimlərin sonunda materialların mənimsənilməsi məqsədilə məsul şəxslər onlayn qiymətləndirmə sorğusundan keçirilir. AMADA idman federasiyalarının məsul şəxsləri ilə sıx əməkdaşlığı bütün antidopinq məlumatlarının və yeniliklərinin idmançılara və idmançıların köməkçi heyətinə düzgün və çevik çatdırılmasında köməklik göstərir.
Həmçinin mütəmadi olaraq bütün antidopinq maarifləndirmə materialları məsul şəxslərə AMADA tərəfindən təqdim edilir.