- Baxış sayı: 46
- 25 Mart 2026 17:33
- Baxış sayı: 212
- Mart 26, 2026
- 0

Milli antidopinq agentliyinin əməkdaşları öz təşəbbüsləri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.
Allsport.az saytı xəbər verir ki, AMADA-nın bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 14 580 manat vəsaiti könüllü olaraq, prezident İlham Əliyevin fərmanı ilə yanvarın 4-də yaradılan “Qarabağ dirçəliş fondu”na köçürüb.